Icma.az, Fanat portalına istinadən məlumat verir.
“Qəbələ” Rza Cəfərovu “Neftçi”dən icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, bölgə klubu keçidi rəsmi saytı vasitəsilə elan edib.
22 yaşlı qapıçı mövsümün sonuna kimi "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.
Rza Cəfərov Azərbaycan milli komandasının heyətində 6 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəl İsmaeel Akinade və Seydina Keyta ilə də müqavilə bağlayıb.