Rza Cəfərovun transferi baş tutmadı SƏBƏBİ BƏLLİ OLDU

22.08.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” və Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərov legioner həyatı yaşamağa yaxın olub.

Apasport.az saytına verilən məlumata görə, 22 yaşlı qolkiper İrana yollanmaq şansına sahib imiş.

Hətta İran çempionu “Traktor” Rza üçün “Neftçi” ilə danışıqlara da başlayıb. Amma sonda bu keçid baş tutmayıb.

“Neftçi”nin Rzanı “Traktor”a buraxmadığı iddia olunur. Millimizin qapıçısının “ağ-qaralar”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Cəfərovun yerli klublardan birinə icarəyə göndəriləcəyi gözlənilir. Yaxın günlərdə millimizin qapıçısının karyerasına hansı klubda davam edəcəyi dəqiqləşəcək.

“İmişli”dən növbəti transfer "Neftçi" futbolçularına görə cərimələnib Leandro Qomeş: "Karvan"dakı xatirələr gözümdə canlandı" Dadaşov yeni komandasını da istəmir: RENATIN YENİ PLANI Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью