Rza Pəhləvi iranlı etirazçıları ümummilli tətillərə çağırıb

31.12.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda kütləvi etiraz aksiyaları davam edir.

Bizimyol.info xəbər verir ki, baş verən hadisələr fonunda ölkənin sonuncu şahının oğlu Rza Pəhləvi vətəndaşlara müraciət edərək, onları ümummilli tətillərə və küçə etirazlarına fəal şəkildə qoşulmağa çağırıb.

Rza Pəhləvi müraciətində dövlət qulluqçuları, energetika və nəqliyyat sektorunun işçiləri, yük avtomobili sürücüləri, tibb işçiləri, müəllimlər, alimlər, sahibkarlar, sənayeçilər, pensiyaçıları, eləcə də mülklərini itirmiş şəxsləri xüsusi olaraq səsləyib. O, müxtəlif sosial və peşə qruplarının birləşməsinin vacibliyini vurğulayaraq bildirib ki, hazırkı mərhələdə etiraz hərəkatının əsas gücü insanların kütləvi şəkildə küçələrə çıxmasındadır.

Davam edən aksiyalar zamanı küçə şüarlarında İranda şah hakimiyyətinin bərpasına çağırışlar getdikcə daha tez-tez səslənir. Bu cür çağırışlar etiraz ritorikasının nəzərəçarpan hissəsinə çevrilməkdədir.

Çərşənbə günü, 31 dekabr tarixində etirazlara yük avtomobili sürücülərinin həmkarlar ittifaqları da qoşulub. İran cəmiyyətində ən nüfuzlu və yaxşı təşkilatlanmış qruplardan biri sayılan bu təbəqənin etirazlara qatılması, müşahidəçilərin fikrincə, hakimiyyətə təzyiqi xeyli artıra bilər.

Eyni zamanda İran hökuməti ölkənin 25 vilayətində dövlət qurumlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib. Rəsmi səbəb kimi “qeyri-adi dərəcədə soyuq hava şəraiti” göstərilsə də, qərarın məhz etirazların davam etdiyi bir dövrdə verilməsi ölkə daxilində əlavə suallar və müzakirələrə yol açıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью