Rza Pəhləvi: Müctəba Xamenei yoxa çıxıb

20.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi Müctəba Xameneinin yoxa çıxdığını və sağ olduğu təqdirdə gizləndiyini iddia edib.

Modern.az xəbər verir ki, o, bu barədə yaydığı açıqlamada danışıb.

“Müctəba yoxa çıxıb. Əgər hələ də sağdırsa, danışmağa belə qorxaraq hansısa zirzəminin qaranlığında gizlənir. Düşmən daxildən çürüyür və boşalır. Biz isə əvvəlkindən daha qətiyyətli və daha yaxşı təşkilatlanmışıq”, – Pəhləvi bildirib.

O, tərəfdarlarını İranda hakimiyyət dəyişikliyinin yaxın olduğuna inanmağa çağırıb:

“Azadlığın şəfəqinin yaxın olduğuna inanın. Bu gün İslam Respublikası əvvəlkindən daha zəif, tükənmiş və daxilən boşalmış vəziyyətdədir”.

Rza Pəhləvi İran hakimiyyətinə qarşı mübarizədə xarici dövlətlərlə əməkdaşlıq edəcəklərini də açıqlayıb:

“Bu yolda tək deyilik. Ölkəmizi xilas etmək, İranı və İran xalqını bu düşmənin hakimiyyətindən azad etmək üçün dünyanın digər dövlətləri ilə əməkdaşlıq edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью