Rza Zərrabla bağlı məhkəmə qərarı

16.07.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-də iş adamı Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi yekunlaşıb.

Kulis.az xəbər verir ki, Nyu-Yorkun Manhetten Federal Məhkəməsi İrana qarşı tətbiq olunan sanksiyaların pozulması ilə bağlı ittiham olunan Rza Zərrab barəsində hökmünü açıqlayıb.

Məhkəmə Zərrabın istintaqla əməkdaşlıq etdiyini nəzərə alaraq, artıq həbsdə keçirdiyi müddəti kifayət hesab edib və ona əlavə azadlıqdan məhrumetmə cəzası verməyib.

Məlumata görə, Zərrab günahını etiraf etdikdən sonra 288 min dollar dəyərində yaxtanı və 88 min dollar nağd pulu ABŞ hökumətinə təhvil verib. Onun vəkilləri isə hazırda 50 milyon dollar borcu olduğunu bildiriblər. Hakim Riçard Berman təqdim olunan əmlakın kifayət etdiyini əsas gətirərək əlavə cərimə və ya kompensasiya təyin etməyib.

Qeyd edək ki, Rza Zərrab 2017-ci ildə bank fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamlarını qəbul etmiş, ABŞ prokurorluğu ilə əməkdaşlığa başlayıb. O, məhkəmədə İrana qarşı sanksiyaların pozulması məqsədilə qurulan mexanizm barədə ifadə verib.

Zərrab 2016-cı ildə həmin dövrdə həyat yoldaşı olan müğənni Ebru Gündeş və qızı ilə birlikdə Mayamiyə səfəri zamanı FBI tərəfindən saxlanılıb.

Xatırladaq ki, bu iş çərçivəsində mühakimə olunan keçmiş Halkbank baş direktor müavini Mehmet Hakan Atilla 32 ay həbs cəzası alıb. Bankın özünə qarşı ABŞ-də açılan cinayət işi isə bu ilin əvvəlində bağlanıb.

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar? "Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi" - Nigar Rəfibəylinin görünməyən taleyi Sevgilim, qolunu boynuma dola! – Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью