Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi

22.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprelindən sonra ilk dəfə olaraq ona qarşı irəli sürülən məhkəmə işi üzrə iclasda şəxsən iştirak edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Bu gün Tbilisi şəhər məhkəməsində müxalifətin 7 noyabr 2007-ci il tarixli mitinqinin dağıdılması ilə bağlı işə baxılıb. Məhkəmə iclasında çıxış edən Saakaşvili hakimiyyəti tənqid edib və müxalifəti birliyə çağırıb.

Bugünkü iclasda həmçinin şahid ifadələri dinlənilib. 

Xatırladaq ki, 58 yaşlı M.Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. O, 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki özəl klinikalardan birinə köçürülüb və 2025-ci ilin noyabrına qədər burada qalıb. Klinikada olarkən Saakaşvili bəzən videobağlantı vasitəsilə məhkəmə iclaslarında iştirak edib.

2025-ci il martın 12-də gürcü siyasətçiyə büdcə mənimsənilməsinə görə 9 il, 17 martda isə sərhədin qanunsuz keçilməsinə görə 4 il 6 ay müddətinə həbs cəzası verilib. Onun ümumi cəza müddəti 12 il 6 ay təşkil edib və bu müddət 2034-cü ilin ortalarında başa çatmalıdır. Həmçinin, 2025-ci il noyabrın 6-da Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hakimiyyəti devirməyə çağırış ittihamı üzrə yeni iş açıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью