Saakaşvili azadlığa çıxa bilməyəcək Kaladze

14.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

Tiflis meri bildirib ki, buna səbəb Saakaşviliyə qarşı başqa cinayət işlərinin də açılmasıdır:

“Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır. Zurabişvili belə bir qərar qəbul edərsə də, prezidentin əfv fərmanı o baxımdan mənasını itirəcək və o, azadlığa buraxılmayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью