Saakaşvili BCM nə Gürcüstanda kimyəvi silahdan istifadə iddialarının araşdırılması üçün müraciət edib

03.12.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkə hakimiyyətinin guya kimyəvi silahdan istifadə etdiyi barədə məlumatların araşdırılması üçün Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə BBC məlumat verib.

“Bu gün mən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə Gürcüstanın faktiki hökumətinə qarşı araşdırma başlanması, vətəndaşlara qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə faktının araşdırılması üçün müraciət etdim”, – deyə hazırda bir neçə cinayət maddəsi üzrə cəza çəkən Saakaşvili "Facebook"da yazıb.

BBC 1 dekabrda dərc etdiyi materialda iddia edirdi ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə etirazçılara qarşı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə edib. Söhbət fransız əsgərlərinin almanlara qarşı tətbiq etdiyi “kamit” adlı maddədən gedir. Bu maddə 1930-cu illərdə istifadədən çıxarılmışdı. Məqalə müəlliflərinin nəticələri Tbilisidəki etiraz iştirakçılarının şərhlərinə əsaslanırdı.

Gürcüstan hakimiyyəti korporasiyanı yalan məlumat yaymaqda ittiham edərək, ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracaqlarını bildirib. Gürcüstanın baş naziri İrakli Kobaxidze BBC-nin materialını hakimiyyəti şantaj etmək məqsədi daşıyan ucuz təxribat adlandırıb. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti isə xarici təşkilata düşmənçilik fəaliyyətində yardım göstərilməsi maddəsi ilə araşdırmaya başlayıb. Xidmət süjetin əsasını təşkil edən müsahibələrin hansı məlumatlara əsaslandığını müəyyənləşdirməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью