Saakaşvili etirazçıları daha sərt mübarizəyə çağırdı

24.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkədə hökumət əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Vahid Milli Hərəkat Partiyasının lideri Saakaşvili “Vivamedi” klinikasından videobağlantı vasitəsilə qoşulduğu məhkəmə iclasında belə deyib: 

“Gəlin özümüzü aldatmayaq. Biz yalnız bir dildən anlayan insanlardan ibarət quldur dəstəsi ilə iş görürük. 

Bu cinayətkar dəstə ancaq bir dildən anlayır- zorba dili. 

Biz onları rahat buraxmamalıyıq. Əksinə, geri çəkilənə qədər qorxmalıdırlar. Biz onlara “gəl danışaq” deməməliyik. 

Onlar özləri dialoq üçün bizə yalvarmalıdırlar. Bu gün yeganə çıxış yolu budur”.

 Sabiq prezident deyib ki, tətil, gürcü xalqını soyan bizneslərin boykotu kötəkdən daha böyük təzyiqdir. 

Saakaşvilinin sözlərinə görə, etiraz güclənməli, daha güclü təzyiqə çevrilməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью