Saakaşvili Gürcüstanı Azərbaycanla bağlı Tənqid etdi

02.12.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini yalnız Qərb tərəfdaşları ilə deyil, Azərbaycan və Ermənistanla da münasibətləri pisləşdirməkdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.   

Sabiq prezident Gürcüstanın Azərbaycan üçün problemlər yaratmağa başladığını bildirib: “Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mətbuatı haqlı olaraq bunda Rusiyanın təsirini görürlər. Ruslar Kiyevdəki Azərbaycan Səfirliyini bombalayır, burada isə marionetkaları vasitəsilə əlaqələrdə problem yaradırlar. Görünür ki, azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью