Saakaşvili həqiqətləri açdı: “Donald Tramp mənə dedi ki, Mişa...

06.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Donald Tramp mənə dedi: Mişa, yenidən prezidentliyə namizəd olmağım barədə nə düşünürsən? “Düşünürəm ki, sizin çox yaxşı şanslarınız var”, – deyə cavab verdim”.

Globalinfo.az xəbər  verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili bildirib ki, Tramp ona ətrafdakıların bu şanslara inanmadığını deyib.

“2013-cü ildə, prezidentliyimdən sonra mən Nyu-Yorkda idim. Maykl Koen mənə zəng edərək Donaldın danışmaq istədiyini dedi və telefonu ona verdi. Soruşdu ki, haradasan. Mən ona Nyu-Yorkda olduğumu bildirdim. Həmin vaxt Tramp prezidentliyə namizədliyi ilə bağlı məndən fikrimi soruşdu. Onun şanslarını yüksək qiymətləndirdiyimi dedim. Mən onu ruhlandırdım”, – Saakaşvili vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью