Saakaşvili ilə bağlı YENİ QƏRAR

09.01.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Gürcüstan parlamentində sabiq prezident Mixail Saakaşvilinin "cinayətlərini" araşdırmaq üçün komissiya yaradılacaq.

Modern.az xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze məlumat verib.

"Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, - deyə icraçı katib bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью