Saakaşvili İlham Əliyevin Moskva paradına getməməsindən yazdı

09.05.2025

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan lideri İlham Əliyevin Rusiyaya Qələbə Paradına getməməsinə münasibət bildirib.
O bununla bağlı sosial media hesabında paylaşım edib.
"Azərbaycan lideri İlham Əliyev Moskvadakı cəllad düşərgəsinə getməyib. Rusiyanın Azərbaycan saytlarına son kiberhücumundan və mülki təyyarənin barbarcasına vurulmasından sonra tam yerinə düşən və ləyaqətli addımdır. Biz bunu Rusiyanın təcavüzünün qurbanı olan Ukrayna ilə həmrəylik jesti kimi də görürük", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiyada paradda iştirak üçün dəvət edilsə də, Azərbaycan lideri bundan imtina edib.(savashmedia.az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью