“Saakaşvili legitim prezident olmayıb” − Gürcüstanın baş naziri

01.09.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Mixail Saakaşvili heç bir şəkildə Gürcüstanı təmsil etməyib, o, tamamilə qeyri-legitim prezident olub”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci ilin avqustunda Cənubi Osetiyada silahlı münaqişənin başlaması barədə danışarkən deyib.
Baş nazir bildirib ki, 2008-ci ildə hazırda həbsdə olan sabiq prezident saxtakarlığın köməyi prezident olub.
Kobaxidze qeyd edib ki, 2008-ci ildə müharibəni kimin başladığı Avropa Şurasının qətnaməsində və Haydi Taqliavininin qənaətində yazılıb:
“Və bu məhz Saakaşvili rejimi olub”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью