Saakaşvili məhkəmədə canlı iştirak edib: Mən sizinlə gələcəyə hazırlaşıram”

23.01.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

"Mən döyüş formasındayam, Gürcüstanı ən dərin böhrandan çıxarmaqda bir daha iştirak etməyə hazıram"

Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bildirib ki, siyasi gələcəkdən imtina etmir və ölkənin üzləşdiyi "ən pis böhran"ın öhdəsindən gəlməyə kömək etməyə hazırdır. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu bu açıqlamanı Saakaşvili 2007-ci ilin noyabr ayında Tiflisdə etiraz aksiyasının dağıdılması işi üzrə keçirilən məhkəmə iclasında verib.

Siyasətçi məhkəmədə canlı iştirak edib ki, bu, üç illik həbs müddətində ilk dəfədir. İndiyə qədər Saakaşvili səhhəti ilə bağlı həmişə məhkəmədə onlayn iştirak edirdi.

"Mən sizinlə gələcəyə hazırlaşıram və artıq heç bir vəzifəyə ehtiyac duymadığım bir gələcəyi təsəvvür edirəm. Amma bir çox təcrübəli, vətənpərvər insanların əməyinin qiymətləndirilməsi və eyni zamanda, ən yaxşılarının ölkəyə rəhbərlik etməyə hazır və layiq olduqlarını sübut edən gənclərə xüsusi rol verilməsi vacibdir", - Saakaşvili bildirib.

O hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının milyarder qurucusu Bidzina İvanişvilini yenidən sərt tənqid edərək onu "mafiya bossu" adlandırıb. Keçmiş Prezident azadlığa çıxsa, "onu bitirəcəyini" söyləyib.

"Mən döyüş formasındayam, xalqdan böyük dəstək və enerji hiss edirəm və Gürcüstanı ən dərin böhrandan çıxarmaqda bir daha iştirak etməyə hazıram", - deyə Saakaşvili bəyan edib.

Sabiq Prezident həmçinin bildirib ki, hazırkı vəziyyətdə böhrandan çıxış üçün "yeganə şans" bütün müxalifət partiyalarının birləşməsidir. O onunla əməkdaşlığı qəbuledilməz hesab edən siyasi qüvvələri "səssiz çoxluq, hər iki tərəfin onun adının çəkilməsindən sonra komplekslərə sürüklənməsi" kimi təsvir edib. Keçmiş Prezident bu cür qərəzlərin "çox tez" aradan qaldırılacağına inanır.

O xüsusilə İvanişvilinin müttəfiqlərinə müraciət edərək siyasətçiləri "qorxunu dəf etməyə" çağırıb: "Mafiya bossunun əsas vəzifəsi nədir? Hər kəsi, xüsusən də öz klanının üzvlərini qorxu içində saxlamaq. Gürcüstanda yeni bir şey baş vermir: bu, klassik mafiya sistemidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью