Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Rusiya Ermənistanda çox ağır məğlubiyyət yaşadı. Ukrayna ilin əvvəlindən bəri işğalçılardan təxminən 700 kvadrat kilometr ərazisini azad edib. Putin çox çətin vəziyyətdədir, gizli şəkildə elçilərini Zelenskinin yanına göndərir”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.
“Nəhayət, Avropa səfərbər olub, Orbanın Macarıstandakı məğlubiyyətindən sonra Ukraynaya maliyyələşdirmə qapısı tam açılıb. NATO müdafiə üçün 70 milyard ayırır. Amerikalılar isə açıq şəkildə bütün region üzrə Rusiyanı sıxışdırmaq siyasətinə keçiblər. Belə bir vəziyyət Ronald Reyqan dövründən bəri baş verməyib. Bunu onların regionumuzdakı fəallığı da təsdiqləyir. Əgər Bidzina İvanişvili Rusiya ilə loyal münasibətləri davam etdirsə (mütləq davam etdirəcək), ABŞ-ni özünə düşmən edəcək”, – o bildirib.
Hakimiyyətə qarşı mübarizə üçün Gürcüstan xalqı və müxalifətinə müraciət edən Mixeil Saakaşvili qeyd edib ki, məğlubiyyət kompleksindən qurtulmağın və qələbə dalğasına qoşulmağın vaxtıdır.