Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"”Transparency International” məni siyasi məhbus kimi tanıdı. Heç olmamaqdansa, gec olması yaxşıdır".
“Cebheinfo.az” xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial mediada yazıb.
Saakaşvili QHT-yə, qismən də ona qarşı irəli sürülən ittihamların ətraflı təhlilinə görə təşəkkür edib.
Xatırladaq ki, “Transparency International Georgia” dünən Mixeil Saakaşvilinin siyasi məhbuslar siyahısına daxil ediləcəyini bildirən bir bəyanat yayıb.
“Transparency International Georgia” əvvəllər keçmiş prezidentin adını çəkmədiyi oxşar məhbus siyahısı hazırladığına görə Mixeil Saakaşvili təşkilatın qərarını tənqid etmişdib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin