Saakaşvili tərəfdarlarını radikallaşmağa çağırdı

23.11.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını radikal etiraz formalarına əl atmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, həbs cəzasını çəkən sabiq prezident sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə iclasında tərəfdarlarına müraciət edib.

O, səhhəti pisləşdiyi üçün 2022-ci ilin mayında Tbilisidəki “Vivamed” klinikasına köçürülüb.

"Ölkə əlimizdən alınır. Ya müqaviməti davam etdirib ölkəni geri alacağıq, ya da müqaviməti dayandıracağıq və Gürcüstan müstəqil ölkə kimi mövcud olmağı dayandıracaq..." deyə siyasətçi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью