Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya Statistika Agentliyinin (Rosstat) Ukrayna ilə müharibədə həlak olanlarla bağlı rəsmi məlumatları açıqlanıb. İtkin düşənlər də nəzərə alınmaqla, bu rəqəm 700 mindən çoxdur”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“Bu, ruslar üçün tamamilə fəlakətli göstəricidir. Səfərbərlik üçün yararlı insan ehtiyatı tükənmək üzrədir, xüsusilə də son vaxtlar Ukraynanın texnoloji imkanlarının artdığını nəzərə alsaq. Artıq ukraynalılar ilk dəfə lazer silahından da istifadə ediblər. Rusiya ayda artıq 50 min hərbçi itirir, ABŞ Vyetnam müharibəsində 14 il ərzində bu qədər itki vermişdi. Ukraynanın itkiləri isə bundan dəfələrlə azdır. Mən Ukrayna xalqının xarakterini çox yaxşı tanıyıram və şəhərlərin bombalanması bizim müqavimətimizi yalnız daha da gücləndirəcək. Cəbhədə isə Rusiya nəinki artıq irəliləyə bilmir, hətta bir neçə istiqamətdə geri çəkilir”, - o bildirib.
Mixeil Saakaşvili qeyd edib ki, baş verənlər fonunda rubl da zəifləyir:
“Rusiya tarixində ilk dəfə neft məhsulları idxalçısına çevrilib, neft məhsulları istehsalı son 30 ilin ən aşağı səviyyəsinə düşüb və ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışmağı dayandırıb.
Ukraynanın qürurlu vətəndaşı və yeni Gürcüstan dövlətinin qurucusu kimi bütün bunlar məni ikiqat sevindirir. Rusiyanın məğlubiyyəti və zəifləməsi Ukraynanın Avropanın əsas fövqəldövlətinə çevrilməsi, həmçinin Gürcüstanın azad olunması və birləşməsi deməkdir. Biz, gürcülər yekun nəticəni gözləməməli, azadlıq uğrunda mübarizə aparmalı və öz tərəfimizdən bu nəticənin yaxınlaşmasına töhfə verməliyik”.