Saakaşvilidən İlham Əliyevin ünvanına heyrətamiz sözlər | Icma.az
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu yaxınlarda Antalyada keçirilən forumda dünyada hökm sürən yalançı, ikiüzlü siyasi riyakarlığı və ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydəroviç Əliyevin parlaq nitqi aydın şəkildə seçildi”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan müxalifətinin lideri, hazırda həbsxanada olan eks-prezident Mixail Saakaşvili “Facebook” səhifəsində paylaşıb.
Azərbaycan liderinin Antalyada keçirilən diplomatik forumdakı çıxışına münasibət bildirən Saakaşvili deyib ki, Əliyev başqalarının nə düşünə biləcəyini dilə gətirib, ucadan səsləndirir: “O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını açıq şəkildə göstərib və indiki vəziyyətdən çıxış yolları təklif edib.
Əliyev öz çıxışı ilə təkcə regionun lideri deyil, həm də dövlətlərin yeni davranış prinsipinin – özünə dəyər verməyin yaradıcısı olduğunu bir daha təsdiqlədi”.
Elmar Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu