Saakaşvilini daha bir cəza gözləyir Bu gün ELAN OLUNACAQ

17.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq. 
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı hakim Mixeil Cincholiya yayıb. 
“Hökm martın 17-də saat 11:00-da elan olunacaq”, - deyə o, RİA Novosti-yə bildirib. 
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıdandan sonra Gürcüstanda saxlanılıb. Oradan süd məhsulları daşıyan yük maşınında gizlənərək bərə ilə qayıdıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu Tbilisidə saxlayıblar. 
Saakaşvilinin adı beş cinayət işində hallanır. Onlardan ikisində eks-prezident qiyabi olaraq altı il, ictimai mənimsəmə işi üzrə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.  
 

Martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Yeni cəzadan sonra Saakaşvili 2030-cu ilə qədər cəzasını çəkməli olacaq. 


Hazırda Tbilisi Şəhər Məhkəməsi ona qarşı iki işə baxır: biri 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması ilə bağlı, digəri isə sərhədi qanunsuz keçmə ilə bağlı. Sonuncu üçün onu 3 ildən 5 ilə qədər həbs gözləyir. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью