Saakaşvilini heç kim dəstəkləməyib | Icma.az
Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan parlamenti "Mixeil Saakaşvili dövründə törədilən cinayətlərin araşdırılması üzrə komissiya" yaradılması üçün səs verib.
Qərar layihəsini 83 deputat dəstəkləyib, əleyhinə isə heç kim çıxmayıb.
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili bildirib ki, Mixeil Saakaşvilini yeni hökmlərin çıxarılması təhlükəsinə görə əfv etməyib.
"Saakaşvili ilə bağlı mövqeyimi çoxsaylı hallarda ifadə etdiyimi düşünürəm və hər kəs bunu bilir.
Bundan əlavə, qanuni olaraq əfv etmə imkanının olmaması faktı da var.
Çünki ‘Gürcü Arzusu’ partiyası onun azad olunmasından əvvəl yeni hökm çıxaracaqdı”, Zurabişvili bildirib.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb, burada saxlanılıb və sərhədi qanunsuz keçməkdə ittiham olunub.
Tam oxu
Xəbəri oxu