Saakaşvilinin ad günündə yüzlərlə insan aksiyaya toplaşdı

21.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Tiflisdə həbsdə olan eks-prezident Mixail Saakaşviliyə dəstək məqsədilə aksiya keçirilib.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, aksiya Saakaşvilinin doğum gününə (21 dekabr) təsadüf edib.

Belə ki, yüzlərlə insan Saakaşvilinin həbsdən sonra yerləşdirildiyi “Vivamed” klinikasının qarşısına toplaşıb.

Aksiyada çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bu tarixi ədalətsizliyə son qoyulmasını tələb edib.

O qeyd edib ki, məhz Saakaşvili dönəmində ölkənin Avropaya yolu açılmış oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью