Saakaşvilinin Gürcüstana necə gəldiyi açıqlandı

17.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2021-ci ildə respublikaya gizli gəlişi Ukrayna hərbi kəşfiyyatı tərəfindən planlaşdırılıb və həyata keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili öz "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə,  Gürcüstana gəlməzdən bir neçə gün əvvəl eks-prezident  Brüsseldə olub və orada Avropa Komissiyası və Avropa Parlamentinin nümayəndələri ilə görüşüb. Papuaşvili xatırladıb ki, o vaxt Saakaşvili bankir Sandro Qirqvlianini ləğv etməkdə və Gürcüstan parlamentinin deputatı Valeri Gelaşvilini döyməkdə ittiham olunaraq artıq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Martın 12-də Tbilisi Şəhər Məhkəməsi siyasətçini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью