Saakaşvilinin oğlu ABŞ yə getdi

13.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyəti ABŞ-a səfərə başlayıb.

"Unikal" “Novosti-Qruziya” partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki,  nümayəndə heyətinə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili də daxil olub.

Səfərin məqsədi Bidzina İvanişvili və onun ətrafına şəxsi sanksiyaları nəzərdə tutan “MEGOBARI Aktının vaxtında qəbulunu təmin etmək üçün” Senatda görüşlər keçirməkdir.

Gürcüstanın keçmiş hakim partiyası bağlanmaq təhlükəsi ilə üzləşib. “Gürcü Arzusu” ona “Nürnberq məhkəmələri” vəd edir, keçmiş hakimiyyətin hərəkətlərini araşdırmaq üçün komissiya yaradıb və ilin sonuna kimi UNM-ni konstitusiyaya zidd partiya elan etməyi və onun fəaliyyətini qadağan etməyi planlaşdırır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью