Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, İsrail xarici işlər naziri Gideon Saar bunu Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı qazaxıstanlı həmkarı ilə görüşündə bildirib.
"Hörmətli nazir, biz ABŞ prezidenti Donald Trampın Qəzza planını dəstəkləyirik və onun həyata keçirilməsini müdafiə edirik. HƏMAS tərksilah edilməli və Qəzza zolağı silahsızlaşdırılmalıdır. Bu, həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın gələcəyi üçün vacibdir", - deyə diplomat bildirib.
Öz növbəsində Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ölkəsinin Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı mövqeyini bir daha təkrarlayıb və bu mövqe "iki xalq üçün iki dövlət" formuluna əsaslanan Fələstin dövlətinin yaradılmasını tələb edir.
Dekabrın əvvəlində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fələstin prezidentinin müşaviri Mahmud əl-Habbaşla görüşündə Yaxın Şərq münaqişəsinin diplomatik yolla həll edilməsinin vacibliyindən danışıb. Dövlət başçısı həmçinin "iki xalq üçün iki dövlət" formulu əsasında Fələstin Dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.
Qadir, Bizimyol.info