Axsham.az saytına istinadən Icma.az xəbər verir. Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 2 il keçib.
Axşam.az xəbər verir ki, həyat yoldaşı Röyal aktrisanın ölümü ilə bağlı paylaşım edib.
O, xanımının xatirəsini bu sözlərlə yad edib: "Saat 10:00-da ürəyi dayandı, amma yenidən vurmağa başlafı.
Saat 11:00-da yenidən ürək dayandı. Allah rəhmət eləsin... Bu söz 770 gündür ki, qulağımda səslənir. Ömrümün sonuna kimi də səslənəcək.
Ad günlərimi unuduram, hər dəfə Tünzalə xatırladırdı. Amma öldüyü günü bilirəm: 21.01.2023...
İnsanların fikirlərinə Allah rzası üçün hörmət edirəm. Lakin bəzən başqa səhifələrdə şərhləri oxuyuram: Zəhra Tünzalə ilə eyni geyimi geyini
Oxuyub keçirəm. Biz ailə quranda da çox söz yazıldı, əsla cavab vermədik. Lakin o şərhləri ailə üzvlərimiz, dostlarımız da oxuyur.
Yaxşı deyil... Biz o daş parçasını yusaq nə dəyişəcək? Mənim üçün daş parçasıdır. Lakin insanların inancına, düşüncəsinə hörmət edirik.