Saat 10:00 dan Bakının bu ərazisində İŞIQ KƏSİLƏCƏK

10.07.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə BAKU.WS "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində iyulun 10-da elektrik naqilləri yenilənəcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью