Saat 10:00da qaz təchizatı dayandırılacaq Bu ərazilərdə

11.12.2024

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Təmir-bərpa işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaradağ-Sumqayıt" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 12.12.2024-cü il saat 10:00-dan "Müşfiqabad", "Ceyranbatan" və "Pirəkəşkül" QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью