Saat 10:00dan sonra işıq kəsiləcək Bu ərazilərdə

24.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar dekabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə Metbuat.az-a "Azərenerji"dən bildirilib.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Balaxanı qəsəbəsində, Həsən Əliyev, Usta Baba Pirməmməd, Pirhüseyn Hüseynov, Hacı Sultan, Odlar yurdu, İmadəddin Nəsimi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью