Saat 16:00 dan sonra qəhvə içmək niyə məsləhət görülmür?

08.09.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az NNS-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Mariyat Muxina xəbərdarlıq edib.

O bildirib ki, qəhvənin təhlükəsiz gündəlik norması 400 milliqramdır.

Həkimin sözlərinə görə, normadan artıq qəhvə qəbulu aritmiya və taxikardiya riskini artırır ki, bu da ağırlaşaraq ölümcül nəticələrə səbəb ola bilər.

Dietoloq həmçinin qəhvənin yuxudan ən azı 6-8 saat əvvəl içilməsini tövsiyə edib.

“Əgər erkən yatırsınızsa, qəhvəni saat 16:00-a qədər içmək olar. Saat 16:00-dan sonra qəhvə içmək məsləhət deyil, çünki bu, ciddi problemlərə yol aça bilər”, - sonda o vurğulayıb.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью