Saat 17:00 dan sonra bu qidaları yeməyin Həkimlər xəbərdarlıq edir

06.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Həkim-diyetoloqlar Şeri Qau və Şeyla Patterson demensiya riskini azaltmaq üçün axşam saat 17:00-dan sonra bəzi qidalardan uzaq durmağı tövsiyə ediblər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, axşam saatlarında şəkərli qazlı içkilər, spirtli içkilər, kofeinli məhsullar və hətta şokolad yuxu keyfiyyətini poza, beynin bərpasına mane ola bilər. Həmçinin, duzlu qidaların həddindən artıq qəbulu qan damarlarına mənfi təsir göstərərək beyinə qan axınını azalda bilər.

Diyetoloqlar axşam yeməklərində ağır və yarımfabrikat qidalar əvəzinə az duzlu, təbii məhsullara üstünlük verməyi məsləhət görürlər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью