Saat hesablı əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər Xidmət rəisindən AÇIQLAMA

22.01.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Saat hesablı əməkhaqqı sisteminə keçid hökumətə təqdim olunub. Bu məsələ hökumətdə müzakirələr çərçivəsindədir”.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Bizim.Media-nın əməkdaşının sualını cavablandırarkən deyib.
O bildirib ki, Xidmət tərəfindən mərhələli keçid nəzərdə tutulub:
"Saat hesablı keçid olduğu halda minimum aylıq əmək haqqı sistemi də qüvvədə qalacaq. Bir çox ölkələrdə həm saat hesablı, həm də minimum əmək haqqı sistemi qalır. Saat hesablı əmək haqqına birinci mərhələdə keçid üçün natamam əmək müqaviləsi ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər nəzərdə tutulub. Bu istiqamət üzrə hökumətlə müzakirələr aparılır. Mənim dediyim sadəcə xidmətin etdiyi təklifdir. Son qanun layihəsi hökumətin müzakirəsindən sonra bəlli olacaq".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью