Saatbaşı maaşın məqsədi insanların daha yaxşı yaşamasını təmin etmək deyil Tural Abbaslı

23.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Saat hesabına maaş verilməsi məsələsi uzun müddətdir gündəmdədir. Məsələ ilə bağlı fikirlər isə birmənalı deyil. Məsələ ilə bağlı vətəndaşlarda ən çox sual doğuran saat hesabına maaşın hansı peşə sahəsində çalışan insanlara şamil olunmasıdır. 
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, saatbaşı hesablama məsələsi cəmiyyətdə tam düzgün anlaşılmayıb:
"Bu mexanizm yenə də minimum əmək haqqı və mövcud əmək şərtləri çərçivəsində tətbiq olunacaq. Dəyişiklik əsasən iş vaxtının hesablanma formasına aiddir. Yəni fəaliyyət artıq gün üzrə deyil, neçə saat işlənildiyinə görə hesablanacaq. Bu isə mahiyyət etibarilə adi vətəndaşların gəlirlərinin artmasına xidmət etmir".
O deyib ki,  məqsəd maaşların yüksəldilməsi və ya insanların daha yaxşı yaşamasını təmin etmək deyil:
"Daha çox beynəlxalq əmək fəaliyyətinin dəyərləndirilməsi sisteminə uyğunlaşma nəzərdə tutulur. Bu dəyişiklik əmək bazarının qlobal standartlara inteqrasiyası kimi qiymətləndirilməlidir.
Qanunvericilikdə bu yanaşma açıq şəkildə əksini tapır və bu mexanizmdən yüksək gəlir artımı gözləmək üçün ciddi əsas yoxdur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью