Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Çində qeydə alınmış hadisə ciddi narahatlıq doğurub.
Avtosfer.az xəbər verir ki, videoda 130 km/saat sürətlə gedən avtomobildə sürücü də daxil olmaqla hamının yatdığı görünür. Onlar avtomobilin idarəetməsini avtopilota etibar edərək magistralda yatıblar.
Bu məsələ həm mühəndisləri, həm də avtopilot əleyhidarlarını narahat edib. Avtomobil istehsalçıları bu fikirdədirlər ki, avtopilot sürücüyə kömək etmək üçündür.
Heç bir texniki vasitə sürücünün yatmasına və ya kənar işlə məşğul olmasına əsas vermir. Belə arxayınlıq avtomobildəkilərin yuxusunu əbədi edə bilər.
Vüqar