Saatda 180 km sürətlə “təcili yardımla” toqquşdu; 5 nəfər xəsarət aldı VİDEO

28.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sürücülük hüququ olmayan və sərxoş vəziyyətdə sükan arxasına əyləşən şəxs ağır yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində baş verən hadisə kameraya düşüb. Məlumata görə, "VAZ-21099" markalı avtomobilin sürücüsü təxminən 180 km/saat sürətlə hərəkətdə olarkən əks hərəkət zolağına çıxıb və təcili tibbi yardım avtomobili ilə toqquşub. Qəza nəticəsində ümumilikdə 5 nəfər (minik avtomobilinin sürücüsü, sərnişini və təcili tibbi yardım avtomobilinin sürücüsü, 2 feldşer) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью