“Saatlı Araz” starta hazırdı

16.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Fevralın 24-də futbol üzrə ölkə çempionatının 2-ci liqasında da fasilə başa çatacaq. Aşağı dəstədə 6-cı pillədə qərarlaşan “Saatlı-Araz” mövsümün ilk yarısında kreativ addımlarla seçilirdi.
Görəsən, Saatlı klubu mövsümün 2-ci yarısına necə hazırlaşıb? Klub prezidenti Ədalət Abdullayevin “Football-plus.az”a açıqlaması:

“Komandamız 5 gündü məşqlərə başlayıb. Bu gün Sabirabadın "Marafon" komandası ilə yoxlama oyunu keçirəcəyik. Ev oyunları zamanı azarkeşlər üçün maraqlı oyun günü təcrübəsi olacaq proqramlar düşünürük. Çalışırıq ki, oyuna qədər və fasilə zamanı maraqlı vaxt keçirsinlər”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью