“Saatlı rayonunun hər dörd kəndindən birində qaz yoxdur”

26.11.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Saatlı rayonunun hər dörd kəndindən birində qaz yoxdur. Hər il bu məsələni qaldırsam da, problem öz həllini tapmır”.
Xalqcəbhəsi.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı bunu deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, müvafiq qurumlardan həmin kəndlərə qazın çəkilməsinin iqtisadi səmərəsiz olduğuna dair cavab alıb:
“Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır. Belə olan halda həmin kəndlərə qaz çəkilməsi niyə iqtisadi səmərəsiz hesab olunur? Xahiş edirəm, bu məsələ öz həllini tapsın ki, mən də gələn il, dördüncü dəfə bu məsələni qaldırmayım”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью