Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Mənsimov Fizuli Hilal oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil ilə hərəkətdə olarkən yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsgəndərov Hikmət Qəhrəman oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.