Saatlıda evin zirzəmisindən külli miqdarda narkotik çıxdı VİDEO

18.01.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb. Həmin şəxsdən isə satış məqsədilə əldə etdiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью