Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Saatlı, 19 may, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Dəllər kənd sakini Əbəlfəz Musayevi saxlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.