Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb.
Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.