Saatlıda narkotikin təsiri altında maşın sürənlər TUTULDU

10.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri E.Muradov və T.Abasov saxlanılıblar. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. 
Bildirilib ki, sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью