Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saatlı, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Saatlı rayonu Mustafabəyli kənd sakini, 1986-cı il təvəllüdlü Amin Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, eyniadlı kənd sakini, 1989-cu il təvəllüdlü Elnarə Nuruşovanı vurub. Xəsarət alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью