Saatlıda sanitariyagigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

20.11.2024

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Saatlıda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью