Saatlıda soyuducu qadını "vurub" öldürdü

13.08.2025

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Saatlı rayonunda 52 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Medicina" xəbər verir ki, avqustun 13-də səhər saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Validə Abışova evindəki soyuducudan ərzaq götürmək istəyib. Qadın soyuducunun qapısını açarkən onu cərəyan vurub.

Hadisə zamanı tək olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qadın cərəyan vurması nəticəsində ölüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью