Saatlıda süd və süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb

27.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 fevral, AZƏRTAC

Mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Saatlı rayonunun Fətəlikənd kəndində “BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, emal müəssisəsində aparılan yoxlama zamanı qida məhsullarının etiketində məlumatların tam və dolğun göstərilmədiyi, yağ hazırlanma bölümündə havalandırma sisteminin qurulmadığı müəyyən olunub. Həmçinin temperaturun monitorinqi və qeydiyyatının aparılmasına dair jurnal yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin səlahiyyətli nümayəndəsi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью