Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ VİDEO

08.06.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Saatlı rayonu ərazisində avtoxuliqanlıq edən sürücülər müəyyən olunub.

Avtosfer.az-ın məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofaş” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью