Saatlıda yanğın törədən şəxs saxlanılıb

11.08.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saatlıda yanğın törədən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью