Icma.az bildirir, Apa.az portalına istinadən.
Saatlıda baş verən yol qəzasında motosiklet sürücüsü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet "VAZ 2106" markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.